Modern.az

Bu il çimərliklərdə suda batan 40 nəfərin meyiti tapılıb, 55-i xilas edilib

Bu il çimərliklərdə suda batan 40 nəfərin meyiti tapılıb, 55-i xilas edilib

Ölkə

3 Avqust 2026, 15:30

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Modern.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada