Modern.az

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 1,8 milyard dollara çatdı

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 1,8 milyard dollara çatdı

Ölkə

Bu gün, 13:12

Ötən il İsveçrə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,8. Milyard ABŞ dollarına yaxın olub.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederqsiyasının Vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassislə birgə mətbuat konfranaında çıxışı zamanı bildirib.

“Həmkarımla Azərbaycan İsveçrə münasibətləri, İsveçrənin ATƏT rəhbərliyi dövrünün prioritetlərini, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələlərini müzakirə etdik. Vaxtaşırı həmkarım ilə telefon danışıqları həyata keçiririk. Gələn il ikitrəfli diplomatik münasobətlərinin 35 illiyini qeyd edəcəyik.  İqtisadi sahədə iki ölkə arasında 25 sənəd var. Yaxın zamanlarda əlavə razılaşmalar da ola bilər. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1.8 milyard ABŞ dollarına yaxın olub. Son 30 ildə İsveçrə Azərbaycana 1.6 milyarda, Azərbaycan isə 2,3 milyard dollar investisya qoyub. Hazırda 100-dən çox İsveçrə şirkəti Azərbaycanda qeysşdiyyatdan keçib, onlardan 87-si aktiv fəaliyyət göstərir. Bu şirkətlər tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli hücum başladı - Ölənlər var