Modern.az

ATƏT məkanında qeyri-sabitlik hökm sürür - NAZİR

ATƏT məkanında qeyri-sabitlik hökm sürür - NAZİR

Ölkə

4 Avqust 2026, 13:36

ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyət hökm sürür. 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında deyib.

“Belə olan təqdirdə, həm ATƏT, həm üzv ölkələrin çox fəal əməkdaşlığı, ATƏT-in potensialında olan bütün alətlərdən istifadə etmək və ölkələrin konsensus əsaslı, fəal əməkdaşlığı tələb olunur ki, ATƏT öz əhəmiyyətini qoruyub saxlaya və münaqişələrinə həllinə əməli töhfə verə bilsin. Azərbaycan dövləti olaraq öz tərəfimizdən bu prinsiplərə sadiqliyimizi təsdiq etdik”, - nazir vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada yenə deportasiya başladı - Azərbaycanlılar ölkədən QOVULDU