Modern.az

Bağlanan metro xəttinin əvəzinə 6 yeni avtobus marşrutu AÇILIR

Bağlanan metro xəttinin əvəzinə 6 yeni avtobus marşrutu AÇILIR

Ölkə

Bu gün, 15:24

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq  çətinliklər nəzərə alınaraq,  yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki,  AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan  etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında

M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında

M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında

M4 – Metronun “20 Yanvar” və  “Koroğlu” stansiyaları arasında

M5 – Metronun “20 Yanvar” və  “Gənclik” stansiyaları arasında

M6 – Metronun “Elmlər Akademiyası” və  “Gənclik” stansiyaları arasında

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.

Sərnişinlər alternativ marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Layihənin icra müddətində metronun “28 May”, “20 Yanvar”, “İnşaatçılar” və  “Elmlər Akademiyası” stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yeni müharibə anonsu - İran daha bir cəbhə açdı