Modern.az

Estoniyanın yeni səfiri Bakıya gəldi, səfirlik binası açılacaq

Estoniyanın yeni səfiri Bakıya gəldi, səfirlik binası açılacaq

Ölkə

Bu gün, 17:37

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq.

Modern.az xəbər verir ki, bu barədə "Report"a Estoniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır", - XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.

İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi