Modern.az

Gizir Xanının övladlarından təsirli paylaşım

Gizir Xanının övladlarından təsirli paylaşım

Ölkə

4 Avqust 2026, 19:15

Nə xəyalların,nə ümüdlərin var idi, ata… Hamısı heç olmamış kimi,səninlə birlikdə yox oldu. Gözümüzün içinə baxa-baxa bizi bu günlərə hazırlaşdırırdın.

Modern.az xəbər verir ki, bu barədə şəhid kəşfiyyatçı-gizir Əhmədov Səyyafın (Xanı) övladları paylaşım edib.

"Hansısa evə Şəhid xəbəri gedəndə, “bir gün bu xəbər bizim evə də gələ bilər,hər an hazırlıqlı olun” deyirdin. Bəlkə də uşaq idik deyə, bunu tam da qəbul edə bilmirdik. Sadəcə bir tərəfimiz “bizdə Şəhid övladı ola bilərik, onu bütün dünya tanıyar” deyəndə,digər tərəfimiz “bizim ona hələ çox ehtiyyacımız var.Onsuzda onu sağlığında bütün dünya tanıyır, nə gərək var Şəhid olmağa?” deyirdik… Sən bizə həmişə qorxmazlığı,mərdliyi,cəsarəti öyrətdin. Biz həmişə,hər yerdə Vətən mövzusunda ən öndə olduq,hamıdan seçildik. Çünki bizim Vətən məktəbimiz sən idin, ata"…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?