Modern.az

Dövlət Agentliyinin sədrinə müavin təyin olundu

Dövlət Agentliyinin sədrinə müavin təyin olundu

Ölkə

Bu gün, 11:18

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"ndə İdarə Heyəti sədrinə müavin təyin olunub.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 avqust tarixli sərəncamına əsasən, Məmmədnağı Əkbərov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məmmədnağı Əkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı