Modern.az

Xəzərin dibi ilə Azərbaycandan Qazaxıstana fiber-optik xətt çəkildi

Xəzərin dibi ilə Azərbaycandan Qazaxıstana fiber-optik xətt çəkildi

Ölkə

5 Avqust 2026, 16:42

Qazaxıstan ölkənin ən iri telekommunikasiya layihələrindən birinin əsas mərhələsini Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin çəkilişini başa çatdırıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sualtı kabel Qazaxıstan sahillərinə uğurla çatdırılıb və bununla da "Kazakhtelecom" ilə "AzerTelecom International"ın birgə həyata keçirdiyi layihənin ən mürəkkəb mərhələsi başa çatıb.

"Yeni Aktau–Sumqayıt marşrutu Qazaxıstan və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirərək Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi dəhlizi yaradacaq. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq, həmçinin hər iki ölkənin tranzit potensialını gücləndirəcək", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı