Modern.az

Hikmət Hacıyev:"Türkiye Gazetesi"ndə mənə aid fikirlər təhrif olunub

Hikmət Hacıyev:"Türkiye Gazetesi"ndə mənə aid fikirlər təhrif olunub

Ölkə

5 Avqust 2026, 20:13

"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabındakı paylaşımda bildirib:

"Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür".

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!