Modern.az

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

Ölkə

6 Avqust 2026, 10:11

Azərbaycanda istehlak xərcləri ən aşağı olan ailələrdə ailə üzvlərinin sayı daha çoxdur.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, istehlak xərclərinə görə ən aşağı – birinci kvintilə daxil olan ev təsərrüfatlarında orta ailə ölçüsü 4,6 nəfər təşkil edir. İkinci kvintildə bu göstərici 4,5 nəfər, üçüncü kvintildə 4,2 nəfər, dördüncü kvintildə 3,6 nəfər, ən yüksək istehlak xərclərinə malik beşinci kvintildə isə 2,9 nəfər olub.

Statistika şəhər və kənd yerlərində də oxşar mənzərəni göstərir. Şəhərlərdə ən aşağı istehlak qrupunda ailələrin orta ölçüsü 4,5 nəfər, ən yüksək qrupda 2,7 nəfər, kənd yerlərində isə müvafiq olaraq 4,93,0 nəfər təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı