Modern.az

Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb

Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb

Ölkə

Bu gün, 20:06

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yeniyetmənin dənizdə batdığı ehtimal olunur.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Pirşağı qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı, nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hazırda 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi