Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat nəticəsində saxlanılan Nadir Muradov, cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Nadir Muradov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin əməliyyatla bir neçə vəzifəli şəxs, o cümlədən 10 ildir birinci müavin işləyən Nadir Muradov həbs edilib.
Həmin hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.
Qeyd edək ki, Nadir Muradova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.