Modern.az

Dövlət qurumu 4,3 milyon manatlıq kabel alır

Dövlət qurumu 4,3 milyon manatlıq kabel alır

Ölkə

Bu gün, 16:23

“Bakı Metropoliteni” QSC kabellərin, muftaların və naqillərin satın alınması ilə bağlı tender elan edib.

Modern.az-ın dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, satınalmanın ehtimal olunan qiyməti 4 milyon 348 min 863 manat 44 qəpik təşkil edir.

Qeyd edək ki, tender “Elektrik kabeli və aksesuarları” təsnifat kodu üzrə keçirilib. Satınalma çərçivəsində metropoliten üçün kabellərin, muftaların və naqillərin alınması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, müsabiqə 7 avqust 2026-cı ildə elan edilib. Potensial təchizatçılar təkliflərini avqustun 21-i saat 15:00-dək təqdim edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada