Modern.az

İlham Əliyev: "TRIPP layihəsi Cənubi Qafqazda böyük əhəmiyyət kəsb edir"

İlham Əliyev: "TRIPP layihəsi Cənubi Qafqazda böyük əhəmiyyət kəsb edir"

Ölkə

Bu gün, 21:00

"Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı".

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampa ünvanladığı məktubda yer alıb.

Məktubda qeyd edilib ki, eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir.

 "Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm" - İlham Əliyev bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada