"Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə davam edəcək".
Modern.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X hesabındakı paylaşımında qeyd edib.
"Bu gün — 8 avqust 2025-ci ildə Ermənistan Azərbaycan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən tarixi sammitinin birinci ildönümüdür. Avropa İttifaqı həmin vaxtdan etibarən sülh prosesinin daha da institusionallaşdırılması və irəlilədilməsi istiqamətində atılan bir sıra müsbət və konstruktiv addımları qətiyyətlə alqışlayır.
Ermənistan və Azərbaycan liderləri davamlı və geri dönməz sülhə yol açıblar. Avropa İttifaqı hər iki ölkəni və onların cəmiyyətlərini sülh və barışıq yolunda dəstəkləməyə davam edir", - Qrono yazıb.