Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi "X" hesabında paylaşım edilib.
"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian müharibə zamanı Azərbaycanın müxtəlif istiqamətlər üzrə İrana əhəmiyyətli dərəcədə kömək etdiyini bəyan edib.