Modern.az

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH AÇIQLADI

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH AÇIQLADI

Ölkə

Bu gün, 16:21

İranın Ali Rəhbəri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasının yalnız təhlükəsizlik məsələləri ilə bağlı olduğu bildirilib.

Modern.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi ABŞ-ın PBS telekanalına müsahibəsində deyib.

“Bu, onun öz strategiyasıdır. Düşmənimiz cinayətkardır və heç bir qanuna tabe deyil. Təbii ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır. Şübhəsiz ki, başqa səbəb yoxdur”, - deyə Nəqdi bildirib.

Lakin o, Müctəba Xamenei ilə şəxsən görüşüb-görüşmədiyi barədə suala cavab verməkdən imtina edib.

“Gəlin bu məsələni bir kənara qoyaq”, - deyə Nəqdi bildirib.

Qeyd edək ki, İranın əvvəlki Ali Rəhbəri Əli Xamenei 2026-cı ildə öldürülüb. Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə hücumu nəticısində həlak olduqdan sonra onun oğlu Müctəba Xamenei Ali Rəhbər təyin edilib.

Müctəba Xamenei İslam Respublikasına qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlanmasından etibarən ictimaiyyət qarşısında görünməyib.

Tehran dəfələrlə Xameneinin səhhətinin təhlükə altında olmadığını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...