Modern.az

Putin ŞƏT sammitində iştirak edəcək

Putin ŞƏT sammitində iştirak edəcək

Ölkə

Bu gün, 20:03

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Prezidentin iştirakı planlaşdırılır, bu, həqiqətən də belədir”, – Peskov qeyd edib.

Onun sözlərinə görə, qarşıdakı tədbirin genişmiqyaslı və zəngin proqramla keçirilməsi gözlənilir. Bununla yanaşı, sammit çərçivəsində Vladimir Putinin keçirəcəyi mümkün ikitərəfli görüşlər və danışıqların detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl, iyulun 7-də Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib ki, avqustun 30-31-də Bişkekdə ŞƏT-ə üzv dövlətlərin liderlərinin iştirakı ilə Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Bundan əlavə, avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda Ümumdünya Köçəri Oyunlarının keçirilməsi planlaşdırılır. Hər iki tədbirlə əlaqədar 21 ölkədən dövlət və hökumət başçılarının Qırğızıstana gələcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!