Modern.az

BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı

BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı

Ölkə

Bu gün, 13:11

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı həyat yoldaşı, jurnalist Şərəf Cəlili açıqlama verib.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, o, hadisəni təsdiqləyərək bu sözləri deyib: “İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu”.

Ş.Cəlili hadisənin təfərrüatları ilə bağlı hələlik geniş danışmaq istəməyərək əlavə edib: “Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”.

Jurnalistin bu ifadələrlə bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir, lakin məsələnin digər detalları hələlik məlum deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?