Modern.az

Daşkənd görüşündə Azərbaycan-Özbəkistan dostluğunu əks etdirən VİDEOÇARX

Daşkənd görüşündə Azərbaycan-Özbəkistan dostluğunu əks etdirən VİDEOÇARX

Ölkə

23 Avqust 2026, 15:41

Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Daşkənddə keçirilən görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafını əks etdirən videoçarx nümayiş olunub.

Modern.az xəbər verir ki, videoçarxda Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı əksini tapıb.

Çarxda iki ölkə arasında son illərdə əlaqələrin daha da möhkəmlənməsi, qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr barədə məlumatlar təqdim olunub. Həmçinin Azərbaycan və Özbəkistanın regional və beynəlxalq platformalarda əməkdaşlığına, nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan prezidentləri arasında keçirilən görüş iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!