Modern.az

Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq

Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq

Ölkə

Bu gün, 13:01

Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunmasını nəzərdə tutan saziş təsdiqlənəcək.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2026-cı il iyulun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq ediləcək. 

Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir. Qanun layihəsi sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Sazişə əsasən, Azərbaycan tərəfdən səlahiyyətli təhlükəsizlik orqanı Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfdən isə Milli Təhlükəsizlik Qurumudur. Sənəd tərəflərin, eləcə də onların yurisdiksiyasına tabe olan müqavilə icraçılarının mübadilə etdiyi və ya yaratdığı məxfi məlumatların qorunmasını əhatə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!