Modern.az

Masazırda 4 avtomobil yanıb, kül oldu - VİDEO

Masazırda 4 avtomobil yanıb, kül oldu - VİDEO

Ölkə

Bu gün, 10:02

Dünən axşam Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobilin yandığı hadisə baş verib.

Modern.az xəbər verir ki, yanğın “Yeni Bakı” yaşayış kompleksinin həyətində qeydə alınıb.

Həyətdə park edilmiş avtomobillərdən biri alovlanıb, daha sonra yanğın yaxınlıqdakı digər maşınlara keçib. Nəticədə üç avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri gəlib. Yanğının səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Moskvada gərgin anlar - Putinin təyyarəsi eniş edə bilmədi