Modern.az

"Həzi Aslanov" metrostansiyasında təmir yekunlaşıb

"Həzi Aslanov" metrostansiyasında təmir yekunlaşıb

Ölkə

Bu gün, 10:47

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması yekunlaşıb.

Modern.az xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.

Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!