Modern.az

Hörmüz boğazında 3 tanker minaya düşüb

Hörmüz boğazında 3 tanker minaya düşüb

Dünya

29 Oktyabr 2026, 14:01

İran Hörmüz boğazında 3 tankerin minaya düşdüyünü iddia edir

Modern.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazının cənub marşrutunda üç neft tankerinin dəniz minalarına düşərək partladığını və alışdığını bildirib.

Korpusun iddiasına görə, tankerlər radar və naviqasiya sistemlərini söndürüb, Tehranın qadağan olunmuş hesab etdiyi marşrutla hərəkət edib və xəbərdarlıqlara məhəl qoymayıblar. Gəmilərin boğazın cənub sahillərində tərk edildiyi bildirilir.

Tankerlərin adları və ekipajın vəziyyəti barədə məlumat açıqlanmayıb. Hadisə ilə bağlı müstəqil təsdiq yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı