Modern.az

Penitensiar xidmətin tibb bölmələrində hərbi qulluqçular xidmət keçəcək

Penitensiar xidmətin tibb bölmələrində hərbi qulluqçular xidmət keçəcək

Ölkə

Bu gün, 11:04

Məhkumların müşayiəti üçün yaradılmış xüsusi bölmələrin tibb-sanitar hissələrində tibb xidmətinin hərbi qulluqçularının xidmət keçməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan  “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda öz əksini tapıb.

Dəyişikliklə penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, eləcə də mühafizə və məhkumların müşayiəti üçün yaradılmış xüsusi bölmələrin tibb-sanitar hissələrində tibb xidmətinin hərbi qulluqçularının xidmət keçməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi və digər normativ hüquqi aktlarla tənzimlənəcək.

Bundan başqa, qanuna edilən dəyişikliklə ədliyyə orqanlarında xidmətlə bağlı bəzi müddəalar dəqiqləşdirilib, hərbi qulluqçuların da müvafiq tənzimləmələrə daxil edilməsi nəzərdə tutulub. Həmçinin məhkəmə ekspertizası idarəsi ilə bağlı müddəaya dəyişiklik edilib.

Sonda qanun layihəsi səs verməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?