Azərbaycanda 2025-ci ildə əhalinin ümumi gəlirlərinin təxminən 2,4 faizi qənaətə yönəlib.
Modern.az Dövlət Statistika Komitəsinin “Azərbaycanın milli hesabları – 2026” məcmuəsinə istinadən xəbər verir ki, ötən il əhalinin gəlirləri 89 milyard 916 milyon manat, xərcləri isə 87 milyard 755,9 milyon manat təşkil edib.
Gəlirlərlə xərclər arasındakı fərq – qənaət 2 milyard 160,1 milyon manat olub. Bu isə ümumi hesabla hər 100 manat gəlirdən təxminən 2 manat 40 qəpiyin xərclərdən sonra qalması deməkdir.
2024-cü ildə qənaətin gəlirlərdə payı təxminən 2,5 faiz, 2022-ci ildə isə 3,9 faiz təşkil edib. Beləliklə, ötən il qənaətin məbləği artsa da, gəlirlərdəki payı azalıb.
Hesabata əsasən, 2025-ci ildə əhalinin gəlirləri nominal ifadədə 8 faiz, xərcləri 8,1 faiz, qənaəti isə 4 faiz artıb.
Qeyd edək ki, bu, ölkə üzrə ümumi göstəricidir və hər bir ailənin ayrıca qənaət imkanını ifadə etmir.