Modern.az

Küləkli havada işlərə fasilə veriləcək

Küləkli havada işlərə fasilə veriləcək

Ölkə

30 Oktyabr 2026, 11:04

Küləkli hava şəraitində açıq iş yerlərində, o cümlədən həmin iş yerlərindəki qurğularda işin dayandırılacaq  və işçilərə fasilələr veriləcək.

Modern.az xəbər verir ki, bu məsələləri  özündə ehtiva edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik qanun layihısi parlamentin iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə edilən dəyişikliklərlə soyuq və isti hava şəraiti ilə yanaşı, küləkli hava da işin dayandırılması üçün nəzərdə tutulan hallara əlavə edilib.

Dəyişikliyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda icazə veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd edilən kranlarla bütün növ işlər dayandırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri