Xidməti pasportun verilməsi və dəyişdirilməsi üçün dövlət rüsumu tutulmamasına dair müddəanın ləğvi təklif olunur.
Modern.az xəbər verir ki, qanun layihəsində “Pasportlar haqqında” qanunun müvafiq maddəsindən xidməti pasportla bağlı güzəştin çıxarılması nəzərdə tutulub.
Layihənin ümumi yanaşmasına əsasən, dövlət rüsumundan azadolma hallarının “Dövlət rüsumu haqqında” qanunda göstərilməsi təklif edilir. Təqdim olunan sənəd hissəsində xidməti pasport üçün yeni rüsumun məbləği qeyd olunmayıb.