Hüquqi şəxs borcunu ödəmədikdə tələbkarın dövlət rüsumundan azad olunması qaydasının ləğvi təklif olunur.
Modern.az xəbər verir ki, “İcra haqqında” qanuna dəyişiklik layihəsində tələbkarın borclu hüquqi şəxsdən tutulmalı olan məbləği ala bilmədiyi halda rüsum ödəməməsinə dair müddəanın çıxarılması nəzərdə tutulub.
Hazırda həmin məbləğ hüquqi şəxsin təqsiri üzündən tutula bilmədikdə tələbkar dövlət rüsumundan azad edilir. Layihə qəbul olunarsa, bu güzəşt qüvvədən düşə bilər.