İşçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə kompensasiya verilməsi qaydasının dəyişdirilməsi təklif olunur.
Modern.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, işçinin istifadə etmədiyi məzuniyyət günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilə və ya həmin günlərə görə kompensasiya ödənilə bilər.
Eyni zamanda, Əmək Məcəlləsi ilə müəyyən edilən minimum məzuniyyət müddətinin – 21 təqvim gününün kompensasiya ilə əvəz olunmasına yol verilməyəcək. Əmək müqaviləsinə xitam verilərkən kompensasiya ödənilməsi ilə bağlı istisna isə saxlanılır.