Modern.az

“Ümid edirəm ki, hərbçilərə ikiqat ödəmələrin verilməsi davam etdiriləcək” 

“Ümid edirəm ki, hərbçilərə ikiqat ödəmələrin verilməsi davam etdiriləcək” 

Parlament

1 Fevral 2021, 11:43

“Mən ümid edirəm ki, qalib ordunun yüksəkliklərdə xidmət edən hərbçilərinə ikiqat ödəmələrin verilməsi davam etdiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.

 

O, həmçinin azad edilmiş ərazilərdə memorial komplekslər yaradılacağına ümidvar olduğunu vurğulayıb:

 

“Biz əldə etdiyimiz qələbəni bundan sonra da qorumalıyıq”.

 

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ikiqat ödəmə alan hərbçilərin əməkhaqqı azaldılmışdı. Maliyyə Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında Müdafiə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirildiyini bildirmişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...