Modern.az

Milli Məclisə yeni Aparat rəhbəri TƏYİN OLUNDU

Milli Məclisə yeni Aparat rəhbəri TƏYİN OLUNDU

Parlament

17 May 2022, 11:08

Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Fərid Hacıyev təyin edilib.

 

O, bu təyinatadək Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı. F.Hacıyev həmin vəzifəyə ötən ilin fevral ayında spiker Sahibə Qafarovanın müvafiq əmri ilə təyin edilmişdi.

Fərid Famil oğlu Hacıyev 25 aprel 1989-cu il təvəllüdlüdür. O, hüquqşünas, dövlət qulluğunun təşkili və idarəedilməsi ixtisaslarına yiyələnib. Yeni Aparat rəhbəri Dövlət qulluğunun baş müşaviri dərəcəsinə malikdir.


Qeyd edək ki, bu barədə ilk xəbəri APA yayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?