Modern.az

Deputat Strasburqa gedir

Deputat Strasburqa gedir

Parlament

10 Sentyabr 2022, 14:38

Sentyabrın 11-də Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Tural Gəncəliyev Fransanın Strasburq şəhərinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, səfər çərçivəsində Tural Gəncəliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin (AP) Azərbaycanın dostları qrupunun üzvləri və digər AP rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

 

Görüşlərdə əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Səfər sentyabrın 15-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?