Modern.az

Spiker Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib - FOTOLAR

Spiker Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib - FOTOLAR

Parlament

20 Aprel 2023, 09:28

Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

 

Milli Məclisdən Modern.az-a verilən xəbərə görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.

 

Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə də tanış olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?