Azərbaycanda erkən evlilik və 18 yaşadək analarla bağlı göstəricilər son üç ildə təxminən 50 faiz azalıb.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlərin daha səmərəli nəticə verdiyini göstərir.
Komitə sədrinin sözlərinə görə, bu özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması və erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi tendensiyalarda göstərir.
Bahar Muradova qeyd edib ki, bu nəticələr yalnız hüquqi tədbirlərin deyil, həmçinin təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir.