Modern.az

Qadınların orta aylıq əməkhaqqı artır - Bahar Muradova

Qadınların orta aylıq əməkhaqqı artır - Bahar Muradova

Parlament

Bu gün, 11:16

Azərbaycanda qadınların iqtisadi fəallığı və əmək bazarında iştirakı artmaqdadır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, əmək bazarında müşahidə olunan dəyişikliklər qadınların iqtisadi fəallığının davamlı şəkildə artdığını göstərir.

Komitə sədrinin sözlərinə görə, orta əməkhaqqında artım tempinin müsbət olması, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi və özünüməşğulluq proqramlarında iştirakın genişlənməsi diqqətçəkən məqamlardır.

Bahar Muradova qeyd edib ki, bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini göstərir.

O əlavə edib ki, hazırda ali təhsildə qadınların üstünlüyü, magistratura səviyyəsində balanslaşma və peşə təhsilində diversifikasiya insan kapitalının keyfiyyətcə yüksəldiyini göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı