Modern.az

Nazir qeyri-neft sektoru ilə bağlı narahaedici məqamı cavabladı  

Nazir qeyri-neft sektoru ilə bağlı narahaedici məqamı cavabladı  

Parlament

Bu gün, 11:33

Qeyri-neft-qaz sektoru üzrə mənfəət vergisinin proqnozdan az icra olunmasının əsas səbəbi vergi ödəyicilərinin ƏDV üzrə artıqödəmələri ilə bağlı olub.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, qeyri-neft sektoru üzrə mənfəət vergisinin kəsirlə icra olunmasının əsas səbəbi vergi ödəyiciləri tərəfindən mənfəət vergisi üzrə hesablanmış məbləğin ƏDV üzrə artıqödəmə ilə əvəzləşdirilməsidir.

Sahil Babayev bildirib ki, hesabat ili ərzində qeyri-neft sektorundan mənfəət vergisi üzrə proqnozlaşdırılan məbləğ 4 milyard 123 milyon manat olub. Bu, faktiki daxilolmadan 219 milyon manat və ya 5,3 faiz çoxdur.

Nazir qeyd edib ki, eyni dövrdə qeyri-neft sektorundan əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 202 milyon manat təşkil edib və təsdiq olunmuş proqnozu 639 milyon manat və ya 18 faiz üstələyib.

Onun sözlərinə görə, ƏDV və mənfəət vergisi üzrə göstəricilər birlikdə qiymətləndirildikdə, ümumi faktiki icra proqnozdan 5,5 faiz yüksək olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada