İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölkədə yüksək hakimiyyət postu olan ali dini lideri müəyyənləşdirən Üləmalar Şurasının rəhbəri vəzifəsindən azad edilib. Modern.az “Svoboda” radiosuna istinadən bildirir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. Rəfsəncani son zamanlar mühafizəkarlar tərəfindən müxalifətlə əlaqələrdə ittiham olunurdu.
Şura 86 nəfər ekspertdən ibarətdir və 8 illiyə seçilir. İldə iki dəfə keçirilən iclasları qapalı şəraitdə baş tutur. Üləmalar Şurasının yeni rəhbəri 80 yaşlı ayətullah Məhəmməd Rza Məhdəvi Qani olub.
Modern.az