Modern.az

Həmsədrlərin Bakı-Yerevan-Bakı marşrutu

Həmsədrlərin Bakı-Yerevan-Bakı marşrutu

Təhsil

6 Noyabr 2009, 19:58

Noyabrın 6-da Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki yenidən qəbul edib.
Xatırladaq ki, həmsədrlər Bakıya noyabrın 5-də gələrək İlham Əliyevlə görüşmüşdülər. Bundan sonra onlar Yerevana getmişdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 6-da onlar Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Bunun ardından isə yenidən Bakıya gəliblər.
AzərTAc-ın məlumatına görə, noyabın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin həmsədrlərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?