Modern.az

“Sərkisyan xalqan üzr istəməlidir”

“Sərkisyan xalqan üzr istəməlidir”

Təhsil

17 Dekabr 2009, 12:13

 

Ermənistan Xalq Partiyası hesab edir ki,  prezident Serj Sərkisyanın Dağlıq Qarabağın danışıqlar prosesində iştirak etməsinin zəruriliyinə dair vermiş olduğu bəyanat gecikib. Modern.az-ın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Xalq Partiyasının sədri Qriqor Arutunyan bildirib. O, təmsil olunduğu partiyanın əvvəvldən “DQR”-in nizamlama prosesində iştirak etməsi mövqeyindən çıxış etdiyini qeyd edib. “DQR”-in iştrakı olmadan danışıqlarda üğur əldə etməyin çətin olacağını deyən Arutunyan hesab edir ki, nizamlama prosesində Ermənistan üçün mürəkkəb vəziyyət yaranıb. Arutunyana görə, bu vəziyyətin yaranmasında həm eks-prezident Robert Köçəryan, həm indiki prezident Serj Sərkisyan günahkardır. ”Ermənistan prezidenti Qarabağ üğursuzluğuna görə üzr istəməlidir”deyən Arutunyan əlavə edib ki, “DQR”-in danışıqlar prosesinə cəlb olunması barədə fikirlər onu göstərir ki, Ermənistan pis vəziyyətə düşüb və Serj Sərkisyan danışıqlardan çıxmalıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi