Kıprısda adanın gələcək taleyi ilə bağlı kritik danışıqlar başlayıb. Modern.az-ın türk mətbuaıtna istinadən verdiyi məlumata əsasən, Kiprin yunan icmasının prezidenti Dimitris Xristofias və Kıpırs türklərinin lideri Mehmət Əli Tələt bölünmüş adanın birləşməsinə dair sülh danışıqlarının yeni raunduna başlayıblar.
BMT-nin himayəsi altında təşkil olunan görüşlərdə liderlər bu ay ərzində 6 dəfə görüşəcək. Onlar mümkün sülh razılığının əldə edilməsi məqsədilə danışıqları intensivləşdiriblər.
Mehmet Əli Tələt danışıqlardan əvvəl Ankarada olub və Türkiyə siyasi rəhbərliyi ilə məsləhətləşmələr aparıb.
Xaıtrladaq ki, 1974-cü ildə türk qoşunlarının müdaxiləsindən sonra Kipr faktiki olaraq yunan və türk hissələrinə parçalanıb. 2004-cü ildə yunanların Kipr Respublikası Avropa Birliyinə daxil olub. Türklərin yaşadığı Quzey Kıprıs Türk Cümhuriyyətini isə dünya dövlətləri tanımaq istəmir.