Modern.az

Moskva Qarabağ məsələsində İrəvana təzyiq edə bilər

 Moskva Qarabağ məsələsində İrəvana təzyiq edə bilər

Təhsil

12 Yanvar 2010, 10:29

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri Azərbaycan və Ermənistanda ciddi diqqət mərkəzindədir. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, erməni siyasətçilər hesab edir ki,  Ərdoğan Qarabağ məsələsində Kremlin mövqeyini dəyişməyə çalışacaq.
İrəvandakı Strateji və Milli Araşdırmalar  Mərkəzinin rəhbəri Riçard Kirakosyan hesab edir ki,  Ərdoğanın Rusiya paytaxtına səfərindən sonra Moskvanın Qarabağ məsələsində İrəvana təzyiqlər etməsi istisna olunmur. Onun sözlərinə görə, Qarabağ münaqişəsində Rusiyanın mövqeyinin dəyişməsi erməni tərəf üçün kifayət qədər mənfi təsiri olacaq. 
 Kirakosyan qeyd edib ki, Türkiyənin təsiri ilə   Moskva Türkiyə - Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləmək məqsədi ilə  Qarabağ məsələsində İrəvana təzyiq göstərə bilər.

Kirakosyan Ərdoğanın Moskvaya, Rusiya xarici işlər naziri Sergey Lavrovun  İrəvana, eləcə də Ermənistanın Konstitusiya Məhkəməsində Sürix protokolunun müzakirəsinin eyni vaxta təsadüf etməsinin ciddi fakt kimi qiymətləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?