Modern.az

İsrail Türkiyədən üzr istədi

İsrail Türkiyədən üzr istədi

Təhsil

13 Yanvar 2010, 12:15

İsrail xarici işlər nazirinin müavini Dani Aylon  Türkiyənin Təl-Əvivdəki səfiri Əhməd Oğuz Çəlikoğludan iki ölkə arasında yaranmış diplomatik qalmaqaldan dolayı üzr istəyib. Modern.az-ın məlumatına görə, bu barədə xəbəri İsrail radiosu yayıb.

Xatırladq ki, bazar ertəsi Dani Aylon türk diplomatını qəbul edərək Türkiyə televiziyası ilə İsrail əleyhinə göstərilmiş epizodla bağlı etirazını bildirib. İsrail KİV-in yazdığına görə, nota təhqiramiz şəkildə tərtib olunub. Cavabında isə Türkiyə öz səfirini Təl-Əvivdən geri çağırıb və İsraildən izahat tələb edib.
       

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?