Modern.az

ANS-in əməkdaşı vəfat edib

ANS-in əməkdaşı vəfat edib

Təhsil

7 İyul 2012, 13:24

 

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Yuri Stepanoviç Qolosilkin bu gün səhər ürək tutmasından 76 yaşında vəfat edib.   

Qeyd edək ki, Yuri Qolosilkin 1986-ci ildə Ukraynanın “Çernobıl” Atom Elektrik Stansiyasında baş vermiş faciəvi nüvə partlayışından dərhal sonra əraziyə yollanmış və orada operativ-tədqiqat işi ilə məşğul olan azərbaycanlılardan biridir.   Y.Qolosilkin uzun müddət Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. Vəzifəsindən istefaya gedən Yuri Qolosilkin artıq 14 ildən artıq idi ki, ANS-də rəhbər vəzifələrdə işləyirdi. Allah rəhmət eləsin!

 Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Dəhşətli döyüşlər gedir