Modern.az

Hüseynbala Mirələmov: “Qardaşım oğlu azad edilməyib”

Hüseynbala Mirələmov: “Qardaşım oğlu azad edilməyib”

Təhsil

2 Oktyabr 2012, 10:28

Milli Məclisin deputatı Hüseynbala Mirələmov qətldə ittiham olunan qardaşı oğlunun azad edilərək ruhi-əsəb dispanserinə yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Modern.az-a açıqlamasında millət vəkili bildirib ki, bu məlumat yalandır.

“Qardaşım oğlu ruhi-əsəb dispanserinə köçürülməyib. Hələ məhkəmə bitməyib. Məhkəmə bitmədən onu necə azad etmək olar?”-deyə Mrələmov vurğulayıb.

Qeyd edək ki, bu ilin yayında deputata məxsus “1001 gecə” istirahət məkanında ölümlə nəticələnən dava olub. Nəticədə deputatın qardaşı oğlu Rəşad Mirələmov mübahisə zəminində   Ramal Bayramovu güllələyərək öldürüb.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı