Modern.az

“Azərpoçt” Dünya Bankından qrant aldı

“Azərpoçt” Dünya Bankından qrant aldı

Təhsil

17 Oktyabr 2012, 18:29

“Azərpoçt”və Dünya Bankı arasında həcmi 600 000 ABŞ dolları olan saziş imzalanıb. Modern.az-ın verdiyi məlumata görə, icrası 3 il ərzində nəzərdə tutulmuş əvəzsiz yardımın-(qrantın) təqdim edilməsinə dair saziş oktyabrın 11-də imzalanıb.

Layihə 3 komponentdən ibarətdir: 2011–2012-ci illərin nəticələri üzrə “Azərpoçt”un müstəqil beynəlxalq audit şirkəti tərəfindən yoxlanılması, “Azərpoçt” üçün yeni marketinq strategiyasının işlənilib hazırlanması və “Azərpoçt” əməkdaşları üçün müvafiq treninqlərin keçirilməsi.

Modern.az
 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!