Modern.az

Gülər Əhmədovanın YAP-dan çıxarılması məsələsindən danışıldı

Gülər Əhmədovanın YAP-dan çıxarılması məsələsindən danışıldı

Təhsil

30 Oktyabr 2012, 20:04

“Keçmiş deputat Gülər Əhmədovanın YAP üzvlüyündən çıxarılıb-çıxarılmaması məsələsi ilk partiya təşkilatının səlahiyyətindədir. Söhbət YAP-ın Bakı Dövlət Universiteti üzrə təşkilatından gedir. Onlar təqdimat verəndən sonra biz bu məsələni müzakirə edəcəyik”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov deyib.

O, G. Əhmədovanın partiyada qalıb-qalmayacağı barədə danışmaq istəmədiyini də söyləyib: “İlk partiya təşkilatının müzakirəsi olacaq. Mən sözümü ondan sonra deyəcəyəm”.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!