Modern.az

Hacıbala Abutalıbovun “fövqəladə iclas” keçirdiyi təsdiqləndi

Hacıbala Abutalıbovun “fövqəladə iclas” keçirdiyi təsdiqləndi

Təhsil

14 Dekabr 2012, 11:44

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun iclas keçirməsi meriyanın əməkdaşları tərəfindən təsdiqləndi.

Modern.az saytı 13 dekabr tarixində 138 saylı uşaq baxçasında 11 uşağın qidadan zəhərlənməsi məsələsinə münasibət öyrənmək üçün BŞİH-lə əlaqə saxlayıb. İdarədən adını demək istəməyən əməkdaş bildirib ki, “bu məsələ ilə bağlı ancaq Teymur müəllim danışa bilər. Hazırda bütün işçiləri rəhbərlik çağırıb iclas keçirir, Teymur müəllim də ordadır”.

Qeyd edək ki, dünən 138 saylı bağçada 11 uşaq qidadan zəhərlənərək 2 saylı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.


Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı