Modern.az

Borçalılar İvanişviliyə müraciət etdi

Borçalılar İvanişviliyə müraciət etdi

Təhsil

8 Fevral 2013, 21:33

Gürcüstanda yaşayan azərbaycanlılar adından baş nazir Bidzina İvanişviliyə müraciət ünvanlanıb. Bu barədə Modern.az saytına “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib.

Z.Məmmədlinin sözlərinə görə, müraciətdə baş nazirdən Gürcüstanda yaşayan soydaşlarımızında üzləşdikləri problemlərin həll edilməsi xahiş olunub.

“Gürcüstanın baş naziri Bidzina İvanişviliyə Borçalı türklərinin torpaq, toponim və eləcə də təhsil sahəsində üzləşdikləri problemlərlə bağlı müraciət ünvanlamışıq. Müraciətdə soydaşlarımızın problemlərinin həll edilməsinin sürətləndirilməsini, həmçinin ikitərəfli əməkdaşlığın qurulmasını xahiş etmişik”,-deyə Z.Məmmədli bildirib.

A.RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!