Modern.az

Ziya Məmmədov: “Mayda avtobuslarda kart sisteminə keçiləcək”

Ziya Məmmədov: “Mayda avtobuslarda kart sisteminə keçiləcək”

Təhsil

11 Fevral 2013, 15:31


“May-iyun ayında avtobuslarda kart sisteminə keçidin birinci mərhələsi olacaq”. Modern.az xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov deyib. O, qeyd edib ki, birinci mərhələdə 500-ə yaxın avtobusa kart sistemi quraşdırılacaq.

“Gələn mərhələlərdə isə digər avtobuslara da bu şamil olunacaq”.

Avtobusların sayının azaldılmasına gəlincə, nazir  bildirib ki, “burada söhbət onların sayını azaltmaqdan getmir, həm də modernləşmə olmalıdır. Bu, bütün əhalinin rifahı üçün nəzərdə tutulub”.

 

Anar KƏLBİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı